Baş səhifə  arrow Yeniliklər arrow Rabitə və İKT sahəsində çalışanlar mükafatlandırıldılar
Rabitə və İKT sahəsində çalışanlar mükafatlandırıldılar Print
   23 Yanvar 2010, saat 12:00
Image
Bu gün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində rabitə və informasiya texnologiyaları sahəsində səmərəli fəaliyyətlərinə görə "Şöhrət" ordeni, "Tərəqqi" və "Dövlət qulluğunda fərqlənməyə görə" medalı, “Əməkdar Elm Xadimi”, “Əməkdar Müəllim”, “Azərbaycan Respublikasının əməkdar mühəndisi" fəxri adlarına layiq görülən rabitə və İKT sahəsində çalışan bir qrup alim, müəllim və mütəxəssisin mükafatlandırılması mərasimi keçirildi.

Mərasimdə Rabitə və informasiya texnologiyaları naziri akademik Əli Abbasov ölkəmizdə rabitə və İKT sahəsində görülən işlər haqqında qısa məlumat verdi. Nazir Prezident İlham Əliyevin bu sahədə görülmüş işləri yüksək dəyərləndirdiyini bildirərək, bu sahəyə göstərdiyi diqqət və qayğıdan söhbət açdı. İKT-nin bütün dünyada rəqabətli sahə olduğunu bildirərək, bu sahədə atılan hər bir addımı sabahın uğurları adlandırdı.

Sonra Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyaları sahəsi işçilərinə “Azərbaycan Respublikasının əməkdar mühəndisi" fəxri adının verilməsi haqqında və "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin təltif edilməsi haqqında" 1 dekabr 2008-ci il tarixli və Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyaları sahəsində çalışan şəxslərə fəxri adların verilməsi və Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyaları sahəsində çalışan şəxslərin təltif edilməsi haqqında 14 dekabr 2009-cu il tarixli sərəncamlarına müvafiq olaraq rabitə və İKT sahəsində çalışan 65 nəfər müvafiq orden və medallarla, fəxri adlarla təltif edildilər.

Qeyd edək ki, mükafatlandırılanlar içərisində Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvləri Telman ƏliyevFikrət Əliyev, AMEA-nın müxbir üzvləri Rasim ƏliquliyevSabit Kərimov, texnika elmləri doktoru Məsumə Məmmədova, texnika elmləri namizədləri Əmiraslan Əliyev, Rəşid Ələkbərov və digərləri də var idi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.rasim.az saytına istinad zəruridir.