Baş səhifə  arrow Yeniliklər arrow İnstitut əməkdaşları ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
İnstitut əməkdaşları ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər Print
   12 Dekabr 2018, saat 03:23
Image
Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 15 il keçir.

Dekabrın 12-də AMEA İnformasiya Texnologiyaları İnstitutunun rəhbərliyi və əməkdaşları Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər.

Elm xadimləri Heydər Əliyevin unudulmaz xatirəsinə bəslədikləri dərin hörmət və ehtiramın ifadəsi olaraq ulu öndərin məzarı üzərinə gül dəstələri qoyub, onun ruhu qarşısında baş əyiblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.rasim.az saytına istinad zəruridir.