Baş səhifə  arrow Yeniliklər arrow Akademik Rasim Əliquliyev: “Azərbaycanda dronlarla bağlı qanun qəbul edilməlidir”
Akademik Rasim Əliquliyev: “Azərbaycanda dronlarla bağlı qanun qəbul edilməlidir” Print
   18 Dekabr 2018, saat 12:00
Image
Bunu trend.az saytına AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev deyib.

Alim bildirib ki, Azərbaycanda dronlardan istifadəni hüquqi şəkildə tənzimləyən normativ baza mövcud deyil: “Avropa və MDB ölkələrinin təcrübəsi bizə əsas verir ki, bu sahədə müvafiq qanun və onun icrasını təmin etmək üçün müxtəlif normativ sənədlər qəbul edək. Pilotsuz uçuş aparatını istifadə edən şəxs onun istismarı və tətbiqi zamanı öz məsuliyyətini dərk etməlidir, çünki bu cür cihazlar cinayətkarın əlinə düşdükdə cəmiyyətə zərər yetirə bilər. İnsanlar unutmamalıdır ki, dronlar yeni imkanlar yaratmaqla yanaşı, təhlükələr də törədə bilər”.