Baş səhifə  arrow Yeniliklər arrow 
“Verilənlərin sanitarizasiyası: müasir vəziyyəti, problemləri və perspektivləri” adlı ekspress-informasiya işıq üzü görüb Print
   20 Dekabr 2018, saat 12:00
Image
“İnformasiya Texnologiyaları” nəşriyyatında “Verilənlərin sanitarizasiyası: müasir vəziyyəti, problemləri və perspektivləri” adlı ekspress-informasiya işıq üzü görüb. Yeni nəşrin həmmüəllifləri AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev və institutun baş mütəxəssisi Sabirə Ocaqverdiyevadır. Kitabın elmi redaktoru institutun şöbə müdiri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Kazımovdur.

Ekspress-informasiyada verilənlərin sanitarizasiyasının mövcud metod və alqoritmləri, imkanları, məqsəd və vəzifələri araşdırılıb. Kitabda verilənlərin sanitarizasiyasının elmi-nəzəri problemləri analiz olunub, aparat və proqram vasitələrinin iş prinsipi şərh edilib, eləcə də bu sahədə mövcud yanaşmalar, hüquqi mexanizmlər və standartlar təhlil olunub.

Ekspress-informasiyada mövcud aktual problemlərin həlli ilə əlaqədar bir sıra təklif və tövsiyələr irəli sürülüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.rasim.az saytına istinad zəruridir.