Baş səhifə  arrow Yeniliklər arrow Terminoloji informatikanın formalaşması problemləri araşdırılır
Terminoloji informatikanın formalaşması problemləri araşdırılır Print
   03 İyul 2018, saat 05:55
Image
AMEA İnformasiya Texnologiyaları İnstitutunun 16 saylı şöbəsinin cari il üzrə 6 aylıq hesabatı müzakirə olundu. Hesabatı təqdim edən şöbə müdiri Gülnarə Nəbibəyova görülmüş işlər haqqında məlumat verdi. Öncə elmi-tədqiqat işlərindən danışan məruzəçi informasiya texnologiyaları və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri problemlərinin araşdırılması və effektiv metodların işlənməsi istiqamətində tədiqaqatların aparıldığını söylədi.

G.Nəbibəyova e-dövlətin formalaşması problemləri üzrə “Elektron dövlət mühitində ölkələrarası inteqrasiya proseslərinin ölçülməsi üçün metod və alqoritmlərin işlənilməsi” mövzusunda dissertasiya işinin işlənilib hazırlandığını, terminoloji informatikanın formalaşması problemləri üzrə “Azərbaycanda terminoloji informasiya sisteminin yaradılması üçün metod və alqoritmlərin işlənməsi”, veb-texnologiyaları problemləri üzrə “Elektron dövlət mühitində veb-resursların göstəricilərinin qiymətləndirilməsi və intellektual analizi”, eləcə də virtual məkanda Azərbaycan dilinin tətbiqi problemləri üzrə isə “Azərbaycan dilinin qrafikasının ingilis dilinin qrafikası ilə transliterasiyası” mövzusunda dissertasiya işlərinə dair tədqiqatların aparıldığını və araşdırmaların nəticəsi olaraq bir neçə məqalənin çap olunduğunu diqqətə çatdırdı.

G.Nəbibəyova şöbənin elmi-innovativ fəaliyyətindən söz açaraq bildirdi ki, institutun İnformasiya Texnologiyaları Problemləri” və “İnformasiya Cəmiyyəti Problemləri” jurnallarının veb-saytları yenidən işlənmiş, Beynəlxalq əlaqələr, eləcə də Elm və təhsil idarələrinin veb-saytları, Azərbaycan alimləri diasporunun veb-portalı və s. saytlar hazırlanmışdır.

Şöbə müdiri bildirdi ki, innovativ fəaliyyət çərçivəsində AMEA-nın rəsmi www.science.gov.az portalının və institutun www.ikt.az saytının, AzScienceNet şəbəkəsinin Data Mərkəzində yerləşdirilən veb-saytların daimi dəstəklənməsi, AMEA institut və təşkilatlarının veb-saytlarının monitorinqinin aparılması və s. işlər həyata keçirilir.

Məruzəçi, həmçinin elmi-pedaqoji və elmi-təşkilati fəaliyyət, elmi konfrans və simpoziumlarda iştirak, tanınmış elmi jurnallarda məqalələrin nəşri, elmi-praktiki nəticələrin KİV-də təbliği və beynəlxalq elmi əməkdaşlıq çərçivəsində görülmüş işlər haqqında ətraflı məlumat verdi.

AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev şöbənin hesabatı ilə bağlı təkliflərini səsləndirdi. Şöbənin elmi və innovativ fəaliyyətini yüksək qiymətləndirən alim elmi tədqiqatların nəticəsi olaraq təqdim olunan məqalələrin sayının artırılmasını tövsiyə etdi.

Hesabatla bağlı fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.rasim.az saytına istinad zəruridir.