Baş səhifə  arrow Yeniliklər arrow Sosioinformasiya texnologiyalarının çoxaspektli problemləri üzrə tədqiqatlar davam etdirilir
Sosioinformasiya texnologiyalarının çoxaspektli problemləri üzrə tədqiqatlar davam etdirilir Print
   04 İyul 2018, saat 05:49
Image
AMEA İnformasiya Texnologiyaları İnstitutunun 15 saylı şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, professor Məsumə Məmmədova rəhbərlik etdiyi şöbənin 2018-ci ilin birinci yarısı üçün hesabatını təqdim edib. Öncə elmi-tədqiqat işləri haqqında məlumat verən məruzəçi insan resurslarının idarə olunması qərarlarının qəbulunun intellektual dəstəklənməsinin elmi-metodoloji əsaslarının işlənməsi mövzusunda tədqiqatların uğurla aparıldığını, alınan nəticələr üzrə cari ilin birinci yarısında bir doktorluq dissertasiya işinin hazırlanaraq müdafiə olunmaq üçün Ali Attestasiya Komissiyasına göndərildiyini, 4 məqalənin yüksək istinad indeksli bazalara daxil olan jurnallarda nəşr olunduğunu qeyd edib.

Professor M.Məmmədova əmək bazarında İT-mütəxəssislərə tələb və təklifin intellektual idarə olunması mövzusu üzrə aparılan tədqiqatlar haqqında məlumat verərək alınan nəticələr üzrə 3 məqalənin yüksək istinad indeksli jurnallarda nəşr olunduğunu nəzərə çatdırıb.

Sonra prof. M.Məmmədova tibbi sosial şəbəkələrin subyektləri arasında qarşılıqlı münasibətlərin modelləşdirilməsi mövzusu üzrə tibbi sosial şəbəkələrin istiqamətləri və əsas subyektlərin müəyyənləşdirilməsi, onların maraq dairələrinə və müvafiq münasibətlərə görə seqmentləşdirilməsi, bu şəbəkələrdə münasibət seqmentləri üzrə qərarların qəbul olunması məsələlərinin müəyyənləşdirilməsi və mahiyyətinə görə təsnifləndirilməsi ilə bağlı araşdırmaların aparıldığını və alınan nəticələrin dərc olunan məqalələrdə əksini tapdığını deyib.

M.Məmmədova IoT-dan (İnternet of things – Əşyaların İnterneti) istifadə etməklə yüksək riskli obyektlərdə işçilərin fiziki vəziyyətinin parametrlərinin daimi izlənilməsi intellektual monitorinq sisteminin konseptual əsaslarının işlənməsi mövzusunda aparılan tədqiqatlar haqqında məlumat verib. Yüksək riskli obyektlərdə işçilərin fiziki vəziyyətini xarakterizə edən informativ göstəricilərin müəyyənləşdirilməsi, işçilərin fiziki vəziyyətinin monitorinqinə imkan verən IoT-ların təyin edilməsi və onların texniki göstəricilərinə irəli sürülən tələblərin müəyyənləşdirilməsi ilə bağlı araşdırmaların aparıldığını, bu istiqamətdə bir neçə məqalənin hazırlandığını diqqətə çatdırıb.

Şöbə müdiri ölkə səviyyəsində fərdi tibbi məlumatlar infrastrukturunun formalaşdırılması və intellektual analizi üçün metod və alqoritmlərin, elektron universitetin fəaliyyət konsepsiyası, model və metodlarının, informasiya cəmiyyətinin tibbi kadrların formalaşmasına təsir modellərinin işlənilməsi ilə bağlı həyata keçirilən tədqiqatlar haqqında məlumat verib.

Məruzəçi elmi-innovativ və praktiki fəaliyyət çərçivəsində görülən işlərdən söz açaraq şöbə əməkdaşlarının ARDNŞ-in Elm Fondunun (SOCAR EF 2017) “Əşyaların interneti texnologiyalarının neft-qaz sənayesində tətbiqi problemlərinin araşdırılması” layihəsində iştirak etdiklərini, əməkdaşların elmi fəaliyyəti haqqında məlumatların “Google Scholar”da yerləşdirildiyini bildirib. Qeyd edib ki, hesabat dövründə şöbənin tədqiqatçıları tərəfindən 10 məqalə, 4 konfrans materialı hazırlanmışdır.

Prof. M.Məmmədova cari il ərzində şöbədə elmi-pedaqoji və elmi təşkilati fəaliyyət, elmi-praktiki nəticələrin KİV-də təbliği, müxtəlif təyinatlı nəşrlərin hazırlanması çərçivəsində həyata keçiriləcək tədbirlər haqqında məlumat verib, şöbədə hazırlanmış ”Elektron tibb: formalaşması və elmi-nəzəri problemləri” adlı monoqrafiyanı təqdim edib.

Sonda şöbənin fəaliyyət planına dair müzakirələr aparılıb. AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək tibbi sosial şəbəkələrdə münasibət seqmentləri üzrə qərarların qəbul olunması məsələləri, ölkə səviyyəsində fərdi tibbi məlumatlar intellektual analizi üçün metod və alqoritmlərin işlənilməsi, elektron universitetdə tədrisin keyfiyyətinin intellektual idarə olunması mexanizminin işlənməsi, informasiya cəmiyyətinin tibbi kadrların formalaşmasına təsir modellərinin işlənilməsi ilə bağlı elmi araşdırmaların davam etdirilməsinin zəruriliyini vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.rasim.az saytına istinad zəruridir.