Baş səhifə  arrow Yeniliklər arrow 
Milli Terminoloji İnformasiya Sisteminin konseptual əsaslarına dair məqalə beynəlxalq jurnalda nəşr olunub Print
   05 İyul 2018, saat 04:03
Image
AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev və institutun baş mütəxəssisi Əfruz Qurbanovanın həmmüəllifi olduqları “The Conceptual Foundations of National Terminological Information System” (Milli Terminoloji İnformasiya Sisteminin konseptual əsasları) adlı məqalə “International Journal of Education and Management Engineering” (IJEME) jurnalında nəşr olunub.

Məqalədə milli terminologiyanın inkişaf perspektivlərindən biri olan Milli Terminoloji İnformasiya Sisteminin (MTİS) yaradılması məsələsi öz əksini tapıb. Azərbaycanda terminologiya sahəsində mövcud vəziyyət və problemlər araşdırılıb, sistemin yaradılması zərurəti əsaslandırılıb. Bu istiqamətdə beynəlxalq təcrübə və standartlar araşdırılaraq təhlil edilib. Sistem çərçivəsində terminoloji informatika sahəsində araşdırmaların aparıldığı qeyd olunub və bir sıra konseptual baxışlar təqdim olunub. Milli terminoloji informasiya sisteminin konseptual əsasları və arxitektur-texnoloji prinsipləri işlənilib.

Həmçinin sistem çərçivəsində yaradılan veb-portalın əsas funksiyaları verilib. Sistemin yaradılması məsələsi ilə əlaqədar aparılan işlər nəticəsində MTİS-nin gələcək perspektivləri müəyyənləşdirilib. Milli terminoloji informasiya sisteminin reallaşdırılmasından gözlənilən nəticələr önə çəkilib.

Qeyd edək ki, “MECS Press” nəşriyyatı tərəfindən nəşr olunan “International Journal of Education and Management Engineering” “Google Scholar”, “Microsoft Academic Search”, “Baidu Wenku”, “Open Access Articles”, “Scirus”, “CNKI”, “CrossRef”, “JournalTOCs” və s. kimi nüfuzlu elmi bazalarda indeksləşir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.rasim.az saytına istinad zəruridir.