Baş səhifə  arrow Yeniliklər arrow 
AR Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev AMEA İTİ-də olmuşdur Print
   26 Dekabr 2009, saat 12:00
Image
AMEA İnformasiya Texnologiyaları İnstitutunda AR Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru, fizika-riyaziyyat elmləri namizədi Elçin Babayevlə görüş keçirildi.

Görüş zamanı AR Prezidenti İlham Əliyevin 4 may 2009-cu il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya” və həmin strategiyanın həyata keçirilməsi üzrə Dövlət Proqramından (DP) irəli gələn vəzifələr müzakirə olundu.

İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev institutda elmi-nəzəri, innovativ, tədris istiqamətlərində aparılan işlər haqqında ətraflı məlumat verdi. Elmi monitorinq üçün institutun Tədris-İnnovasiya Mərkəzində çox əhəmiyyətli informasiya resurslarının toplandığını söyləyən alim Mərkəzdə respublika üzrə aspirant və dissertantlara "İnformatika" fənninin tədrisinin aparıldığını bildirdi.

İnstitutun əsas fəaliyyətinin elm, tədris, innovasiya dayaqları üzərində qurulduğunu bildirən alim cəmiyyətin informasiyalaşdırılmasında təhsilin rolu, beynəlxalq səviyyəli elmi jurnallarda institut əməkdaşlarının məqalələrinin dərci, institutun maddi-texniki bazasının vəziyyəti, çevik idarəetmə üsullarının təşkilindən söhbət açdı.

İTİ-nin ölkənin maraqlarına xidmət edən problemlərin həllində hər zaman yaxından iştirak etdiyini söyləyən R.Əliquliyev elmi-tədqiqat institutlarının İKT bazarında rəqabətədözümlülüyünün təmin olunması üçün müəyyən tədbirlərin görülməsi zəruriliyindən danışdı. İnstitut əməkdaşlarının əsasən gənclərdən ibarət olduğunu bildirən alim, orta yaşın 36 yaş təşkil etdiyini qeyd etdi.

R.Əliquliyev əməkdaşların fəaliyyətinin stimullaşdırılması üçün institutda innovativ mükafatlandırma sisteminin tətbiq olunduğunu da bildirdi.

Sonra E.Babayev institutun Elmi-tədqiqat, Tədris-İnnovasiya, İnternet, Multimedia texnologiyaları və İnformasiya Xidməti mərkəzləri və institutda aparılan təmir-tikinti işləri ilə tanış oldu, öz təklif və tövsiyələrini verdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.rasim.az saytına istinad zəruridir.