Baş səhifə  arrow Yeniliklər arrow AMEA İnformasiya Texnologiyaları İnstitutunda ixtisas üzrə doktorluq imtahanı keçirildi
AMEA İnformasiya Texnologiyaları İnstitutunda ixtisas üzrə doktorluq imtahanı keçirildi Print
   30 May 2018, saat 01:45
Image
30 may 2018-ci il tarixdə AMEA İnformasiya Texnologiyaları İnstitutunda “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə doktorluq imtahanı keçirildi. İmtahanda institutun dissertantı Hüseyn Qasımov iştirak edirdi.

Qeyd edək ki, AMEA Prezidenti, akademik Akif Əlizadənin 20 aprel 2018-ci il tarixli 182 saylı “Yay imtahan sessiyasının keçirilməsi haqqında” sərəncamına əsasən, “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə doktorluq imtahanının qəbul edilməsi üçün İnformasiya Texnologiyaları İnstitutunda komissiya yaradılmışdır.

Komissiyanın sədri, institutun direktoru, akademik Rasim Əliquliyev, üzvləri – institutun texnologiyalar üzrə direktor müavini, dosent Rəşid Ələkbərov, institutun elmi katibi Mədinə Səidova, şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev və Təhsil şöbəsinin müdiri, dosent Fərhad Yusifovdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.rasim.az saytına istinad zəruridir.