Baş səhifə  arrow Yeniliklər arrow İTİ-nin aspirant və dissertantlarının attestasiyasına həsr olunmuş iclas keçirildi
İTİ-nin aspirant və dissertantlarının attestasiyasına həsr olunmuş iclas keçirildi Print
   29 Dekabr 2009, saat 01:55
Image
AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi Şurasının iclası keçirildi. İclas institutun aspirant və dissertantlarının cari il üçün elmi fəaliyyətləri haqqında hesabatlarının dinlənilməsinə həsr olunmuşdur.

Öncə institutun aspirant və dissertantlarla iş üzrə şöbəsinin müdiri Fərhad Yusifov İTİ-nin aspirant və dissertantlarının hesabatlarının nəticələri ilə bağlı ətraflı məlumat verdi.

İnstitutun aspirantı Hikmət Qafarovun “Bankda kreditvermə prosesinin tədqiqi və intellektual idarə olunması”, dissertant Günay Mustafayevanın “İnternet asılılığı ilə mübarizə metodlarının işlənməsi” və dissertant Almaz Əliyevanın “Yer səthinin su ehtiyatlarının paylanmasına təsirinin tədqiqi və situasion modelləşdirilməsi” mövzuları üzrə hesabatları dinlənildi. Məruzəçilər dissertasiya işlərinin məqsədi və bu məqsədə çatmaq üçün qoyulan məsələlər, görülən işlər, nəşr olunan elmi məqalələr və s. haqqında geniş hesabat verdilər.

Müzakirələrdə elmlər namizədləri R.Ələkbərov, T.Kazımov, Q.Orucov, R.AlıquliyevZ.Cəbrayılova iştirak etdilər, irad və təkliflərini bildirdilər, lazımi tövsiyələr verdilər.

Təqdim olunan hesabatlara münasibətini bildirən institutun direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev elmi kadr hazırlığının daha da səmərəli həyata keçirilməsi məqsədi ilə şöbələr səviyyəsində hər ay seminarların təşkili, aspirant və dissertantların işi üzrə şöbə tərəfindən iddiaçıların dissertasiya mövzuları, tədqiqatın məqsədi, qarşıya qoyulmuş məsələlər, dissertasiya işinin strukturu, yerinə yetirilməsinin təqvim planı, attestasiyasının nəticələri və s. kimi məlumatları özündə əks etdirən bir informasiya sisteminin yaradılması zəruriliyindən danışdı və lazımi tapşırıqlar verdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.rasim.az saytına istinad zəruridir.