Baş səhifə  arrow Yeniliklər arrow AzScienceNet-in GEANT şəbəkə infrastrukturuna inteqrasiyası ilə bağlı məruzə dinlənilib
AzScienceNet-in GEANT şəbəkə infrastrukturuna inteqrasiyası ilə bağlı məruzə dinlənilib Print
   26 Aprel 2018, saat 04:33
Image
Aprelin 26-da AMEA Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) növbəti iclası keçirilib. İclasda bölmənin büro üzvləri, BTEB-in tərkibinə daxil olan elmi müəssisələrin rəhbərləri, bölmə üzrə AMEA-nın professorları və aidiyyatı məsələlər üzrə dəvət olunmuş əməkdaşlar iştirak ediblər.

Əvvəlcə bölmənin akademik-katibi, akademik Əhliman Əmiraslanov gündəlikdəki məsələləri diqqətə çatdırıb.

Elmi-təşkilati məsələlərdən ilk olaraq AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun şəbəkə infrastrukturunun modernləşdirilməsi məsələsinə baxılıb. AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev təqdimatla çıxış edərək Akademiya üzrə e-elmin formalaşması istiqamətləri, AzScienceNet şəbəkəsinin GEANT şəbəkə infrastrukturuna inteqrasiyası haqqında məlumat verib, Genetik Ehtiyatlar İnstitutunda e-elmin vəziyyətindən, şəbəkə infrastrukturunun modernləşdirilməsindən, imkanlar və perspektivlərdən danışıb.

Tədbirdə, həmçinin BTEB-in elmi müəssisələrində 2018-ci il üçün doktorantura və dissertanturaya qəbul planı, bölmənin 2013-2017-ci illər üzrə elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarına dair hesabat məruzəsi və digər məsələlərlə bağlı müzakirələr aparılıb, müvafiq qərarlar qəbul edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.rasim.az saytına istinad zəruridir.