Baş səhifə  arrow Yeniliklər arrow İnstitutda ixtisas üzrə doktorluq imtahanı keçirildi
İnstitutda ixtisas üzrə doktorluq imtahanı keçirildi Print
   15 Dekabr 2017, saat 03:14
Image
AMEA İnformasiya Texnologiyaları İnstitutunda “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” və “Kompüter elmləri” ixtisasları üzrə doktorluq imtahanı keçirildi. İmtahanda institutun dissertantları Babək NəbiyevRoza Şahverdiyeva iştirak edirdilər.

Qeyd edək ki, AMEA Prezidentinin 27 oktyabr 2017-ci il 703 saylı “Qış imtahan sessiyasının keçirilməsi haqqında” sərəncamına əsasən, “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” və “Kompüter elmləri” ixtisasları üzrə doktorluq imtahanının qəbul edilməsi üçün İnformasiya Texnologiyaları İnstitutunda komissiya yaradılmışdır.

İmtahan komissiyasının sədri, institutun direktoru, akademik Rasim Əliquliyev, üzvləri – texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov, AMEA-nın müxbir üzvü, texnika üzrə elmlər doktoru, professor Məsumə Məmmədova, AMEA-nın müxbir üzvü, texnika üzrə elmlər doktoru Ramiz Alquliyev, institutun elmi katibi Mədinə Səidova və texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifovdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.rasim.az saytına istinad zəruridir.