Baş səhifə  arrow Yeniliklər arrow İnstitutun baş mühasibi Leyla Quliyevanı 60 illik yubileyi münasibətilə təbrik edirik!
İnstitutun baş mühasibi Leyla Quliyevanı 60 illik yubileyi münasibətilə təbrik edirik! Print
   13 Oktyabr 2017, saat 01:41
Image
AMEA İnformasiya Texnologiyaları İnstitutunun baş mühasibi Leyla Quliyeva anadan olmasının 60 illik yubileyi münasibətilə institutun Fəxri Fərmanı ilə təltif olundu.

Fərmanı yubilyara təqdim edən institutun direktoru, AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev Leyla Quliyevanın yüksək peşəkarlıq səviyyəsi, səmərəli və məhsuldar fəaliyyəti, əldə etdiyi nailiyyətləri ilə hər zaman rəhbərliyin və kollektivin diqqət mərkəzində olduğunu söylədi. Bildirdi ki, L.Quliyevanın institutun çoxillik fəaliyyətində müstəsna xidmətləri vardır. Yubilyara xas olan insanpərvərlik, əməksevərlik, həssaslıq və qayğıkeşlik kimi nəcib insani keyfiyyətlər kollektivdə ona böyük hörmət və rəğbət qazandırmışdır.

Leyla Quliyeva 1979-cu ildə M.Əzizbəyov adına Azərbaycan Neft-Kimya İnstitutunun “İstehsal proseslərinin avtomatlaşdırılması” fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1979-cu ildə təyinat üzrə AMEA Kibernetika İnstitutunun (indiki İdarəetmə Sistemləri İnstitutu) Avtomatlaşdırılmış İdarəetmə Sistemləri (AİS) şöbəsində mühəndis vəzifəsində əmək fəaliyyətinə başlamışdır.

1982-ci ildən 1995-ci ilə qədər Azərbaycan Milli Elmlər Akademiyasının AİS şöbəsində böyük mühəndis-layihəçi vəzifəsində çalışmışdır.

2000-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və kredit” fakültəsinə daxil olmuş, 2002-ci ildə “Maliyyə və kredit” ixtisası üzrə tam yenidənhazırlanma kursunu bitirmişdir.

1996-cı ildən İnformasiya Texnologiyaları İnstitutunda baş mühasib vəzifəsində işləyir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.rasim.az saytına istinad zəruridir.