Baş səhifə  arrow Yeniliklər arrow Dissertasiya şurasının növbəti iclası keçirildi
Dissertasiya şurasının növbəti iclası keçirildi Print
   15 Sentyabr 2017, saat 05:00
Image
Bu gün AMEA İnformasiya Texnologiyaları İnstitutunun nəzdindəki Dissertasiya şurasının növbəti iclası keçirildi.

Dissertasiya şurasının sədri, AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev gündəlikdə duran məsələlər haqqında məlumat verərək iclasın 3338.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə dissertasiya işlərinin təqdim edilməsi və kuratorların təsdiqi məsələlərinə həsr olunduğunu bildirdi.

İclasda texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq iddiasında olan Şəlalə Cəfərovanın “Qeyri-səlis cəbri petri şəbəkəsinin tətbiqi ilə çevik istehsal sisteminin modelləşdirilməsi” və Ramin Səmədovun “Hesablama buludları mühitində paylanmış informasiyanın emalı alqoritmlərinin və proqram vasitələrinin işlənməsi” mövzusunda dissertasiya işləri təqdim edildi, kuratorlar təyin olunaraq təsdiq edildi.

İddiaçı Ş.Cəfərovanın dissertasiya işi üzrə kuratorlar texnika üzrə elmlər doktoru, professor Vidadi Musayev və texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifov təyin olundu. İddiaçı R.Səmədovun dissertasiya işi üzrə kuratorlar isə, texnika üzrə elmlər doktoru, professor Valeh Mustafayev və texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov təyin olundu.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.rasim.az saytına istinad zəruridir.