Baş səhifə  arrow Yeniliklər arrow 
Korporativ mühitdə kompüter sistemlərinin texniki xidmətinin təşkili məsələləri araşdırılıb Print
   10 İyul 2017, saat 05:39
Image
AMEA İnformasiya Texnologiyaları İnstitutunun 11 saylı şöbəsinin 2017-ci ilin I yarısı üzrə hesabatı müzakirə olundu. Şöbə müdiri Şakir Mehdiyev hesabatı təqdim edərək elmi-tədqiqat işləri haqqında məlumat verdi. İnformasiya texnologiyaları və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri problemlərinin araşdırılması və effektiv metodların işlənməsi istiqamətində tədqiqatların aparıldığını diqqətə çatdırdı. Bildirdi ki, korporativ mühitdə kompüter sistemlərinin texniki xidmətinin təşkili və şəbəkə mühitində elektron texniki xidmətin təşkili məsələləri araşdırılmış, tədqiqatların nəticəsi olaraq bir sıra məqalə, tezis və konfrans materialları hazırlanmışdır.

Şöbənin elmi-innovasiya və praktiki fəaliyyəti çərçivəsində görülən işlər haqqında məlumat verən məruzəçi AMEA-nın institut və təşkilatlarına məxsus olan fərdi kompüterlərdə mühəndislik və proqram xidmətlərinin göstərildiyini bildirdi. Akademiyanın elmi müəssisələrinə məxsus olan fərdi kompüterlərdə təmir-sazlama və onların texniki imkanlarının artırılması işlərinin görüldüyünü dedi.

Ş.Mehdiyev bildirdi ki, şöbə əməkdaşlarının məqalələri Researchgate, Academia.edu, Orcid, Google Scholar və digər elmi sosial şəbəkələrdə yerləşdirilmişdir.

O, şöbədə elmi-pedaqoji və elmi-təşkilati fəaliyyət, tanınmış elmi jurnallarda məqalələrin nəşri, elmi-praktiki nəticələrin KİV-də təbliği və elmmetrik göstəricilərə dair ətraflı məlumatları da diqqətə çatdırdı.

Hesabat ətrafında fikir mübadiləsi aparıldı, bir sıra təkliflər səsləndirildi. AMEA İnformasiya Texnologiyaları İnstitutunun 11 saylı şöbəsinin 2017-ci ilin I yarısı üzrə hesabatı müzakirə olundu. Şöbə müdiri Şakir Mehdiyev hesabatı təqdim edərək elmi-tədqiqat işləri haqqında məlumat verdi. İnformasiya texnologiyaları və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri problemlərinin araşdırılması və effektiv metodların işlənməsi istiqamətində tədqiqatların aparıldığını diqqətə çatdırdı. Bildirdi ki, korporativ mühitdə kompüter sistemlərinin texniki xidmətinin təşkili və şəbəkə mühitində elektron texniki xidmətin təşkili məsələləri araşdırılmış, tədqiqatların nəticəsi olaraq bir sıra məqalə, tezis və konfrans materialları hazırlanmışdır.

Şöbənin elmi-innovasiya və praktiki fəaliyyəti çərçivəsində görülən işlər haqqında məlumat verən məruzəçi AMEA-nın institut və təşkilatlarına məxsus olan fərdi kompüterlərdə mühəndislik və proqram xidmətlərinin göstərildiyini bildirdi. Akademiyanın elmi müəssisələrinə məxsus olan fərdi kompüterlərdə təmir-sazlama və onların texniki imkanlarının artırılması işlərinin görüldüyünü dedi.

Ş.Mehdiyev bildirdi ki, şöbə əməkdaşlarının məqalələri Researchgate, Academia.edu, Orcid, Google Scholar və digər elmi sosial şəbəkələrdə yerləşdirilmişdir.

O, şöbədə elmi-pedaqoji və elmi-təşkilati fəaliyyət, tanınmış elmi jurnallarda məqalələrin nəşri, elmi-praktiki nəticələrin KİV-də təbliği və elmmetrik göstəricilərə dair ətraflı məlumatları da diqqətə çatdırdı.

Hesabat ətrafında fikir mübadiləsi aparıldı, bir sıra təkliflər səsləndirildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.rasim.az saytına istinad zəruridir.