Baş səhifə  arrow Yeniliklər arrow Elmi tədqiqatların riyazi təminatının yaxşılaşdırılması zəruridir
Elmi tədqiqatların riyazi təminatının yaxşılaşdırılması zəruridir Print
   13 Aprel 2017, saat 12:00
Image
AMEA İnformasiya Texnologiyaları İnstitutunun 17 saylı şöbəsində elmi fəaliyyətin gücləndirilməsi məsələsinin müzakirəsinə həsr olunmuş növbəti seminar keçirildi.

AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, şöbənin rəhbəri akademik Rasim Əliquliyev əməkdaşlara elmi fəaliyyətlərini gücləndirmələrinə dair tapşırıqlarını verdi. Şöbədə elmi tədqiqatların riyazi təminatının yaxşılaşdırılması istiqamətində tədbirlərin görülməsinin zəruriliyini qeyd etdi.

R.Əliquliyev şöbə əməkdaşlarının elmmetrik təfəkkürünün inkişaf etdirilməsinin vacibliyindən də danışdı. Alimlərin elmi fəaliyyətinin dünyada tanıdılmasında elmmetrik yanaşmaların böyük əhəmiyyətə malik olduğunu söyləyən institut direktoru şöbə əməkdaşlarının “Web of Science”, “Google Scholar” və s. nüfuzlu elmi bazalardan mütəmadi olaraq istifadə etmələrini tövsiyə etdi.

Məqalələrə istinadların sayının artırılması məsələsinə toxunan akademik bildirdi ki, istinadlar aparılan tədqiqatların aktuallığı və vacibliyinin, yüksək istinad indeksi isə alimin elmi cəmiyyət tərəfindən qəbul olunmasının göstəricisidir.

Sonda müzakirələr aparıldı, təklif və tövsiyələr səsləndirildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.rasim.az saytına istinad zəruridir.