Baş səhifə  arrow Yeniliklər arrow İTİ-nin Elmi Şurasının iclasları davam edir
İTİ-nin Elmi Şurasının iclasları davam edir Print
   23 Oktyabr 2009, saat 12:00
Image
AMEA İnformasiya Texnologiyaları İnstitutunda Elmi Şuranın institutun aspirant və dissertantlarının cari il üçün elmi fəaliyyətləri haqqında hesabatlarının dinlənilməsinə həsr olunmuş iclasları davam edir.

20-23 oktyabr tarixlərdə keçirilən iclaslarda 05.13.01 - “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi (sahələr üzrə)”, 05.13.19 - “İnformasiyanın mühafizəsi üsulları və sistemləri, informasiya təhlükəsizliyi”, 05.13.10 -”Sosial və iqtisadi sistemlərdə idarəetmə”, 05.13.13 - “Telekommunikasiya sistemləri və kompyuter şəbəkələri”, 13.00.01 - “Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi” ixtisasları üzrə 20 aspirant və dissertantın elmi fəaliyyəti haqqında hesabatı dinlənildi.
Mövzularla bağlı aparılan müzakirələrdə aspirant və dissertantlar Elmi Şura üzvlərinin suallarını cavablandırıblar. Sonra iradlar, rəy və təkliflər səsləndirilib, lazımi tövsiyələr verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.rasim.az saytına istinad zəruridir.