Dissertasiya şurasının növbəti iclası keçirildi |
|
25 İyun 2009, saat 12:00 |
25 iyun 2009-cu il tarixdə AMEA İnformasiya Texnologiyaları İnstitutunda institutun nəzdindəki
N.01.231 dissertasiya şurasının növbəti iclası keçirildi. İTİ-nin direktoru,
dissertasiya şurasının sədri, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev iclasın gündəliyində duran məsələlər haqqında
məlumat verdi.
Sonra texnika elmləri namizədi alimlik dərəcəsi almaq
iddiasında olanlar İTİ-nin aspirantı Fərhad Yusifovun 05.13.01 “Sistemli analiz,
idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə “Log-fayllar əsasında
İnternetdən istifadənin analizi üçün metod və alqoritmlərin işlənməsi”,
institutun dissertantları Lalə Kərimovanın “Korporativ şəbəkələrin
təhlükəsizliyinə olan bəzi tip təhlükələrin aşkar olunması üçün metod və
alqoritmlərin işlənməsi”, Qalib Əliyevin “CRM strategiyası əsasında
müştəriyönümlü elektron kommersiya sistemlərinin sintezi üçün model və
alqoritmlərin işlənməsi” və Məhəmməd Şərifovun “Şəbəkə mühitində nizamsız
struktura malik informasiya fəzalarının optimal strukturlaşdırılması üçün metod
və alqoritmlərin işlənməsi” mövzularına dair dissertasiya işləri üzrə rəsmi
opponentlər və aparıcı təşkilatlar təyin olunaraq, təsdiq edildi. |
|