Baş səhifə  arrow Ümumi məlumat
Ümumi məlumat Print
  • Rasim Məhəmməd oğlu Əliquliyev 20 yanvar 1958-ci ildə AR Bərdə rayonunda anadan olmuşdur.

  • 1979-cu ildə Ç. İldırım adına Azərbaycan Politexnik İnstitutunun “Avtomatika və hesablama texnikası” fakültəsini “Elektron hesablama maşınları” ixtisası üzrə bitirmişdir.

  • 1979-1986-cı illərdə AEA Kibernetika İnstitutunda mühəndis, böyük mühəndis, komsomol katibi vəzifələrində çalışmış və aspiranturada təhsil almışdır.

  • 1986-cı ildə AEA Avtomatlaşdırılmış İdarəetmə Sistemləri Şöbəsinə köçürülmüş: böyük mühəndis, aparıcı mühəndis, “Respublika hesablama mərkəzləri və verilənlərin ötürülməsi şəbəkəsi” layihəsinin baş mühəndisi, təşkilatın baş mühəndisi – direktor müavini vəzifələrində işləmişdir.

  • 2002-ci ildən AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktorudur.

  • 2013-cü ildə AMEA-nın akademik-katibi seçilmişdir.

  • Texnika elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvüdür.

  • Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə 2009-cu ildə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.

  • Ailəlidir: 1 qızı və 1 oğlu var.