Baş səhifə  arrow Yeniliklər arrow İTİ-də Dissertasiya Şurasının növbəti iclası keçirildi
İTİ-də Dissertasiya Şurasının növbəti iclası keçirildi Print
   03 Noyabr 2010, saat 12:00
Image
Bu gün AMEA İnformasiya Texnologiyaları İnstitutunda Dissertasiya Şurasının növbəti iclası keçirildi. Dissertasiya Şurasının sədri, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev gündəlikdə duran məsələlər haqqında məlumat verdi.

İclasda 05.13.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə texnika elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq iddiasında olan Taleh Əsgərovun “Xəzər dənizinin ekologiyası üzrə intellektual informasiya sistemi”Əmir Vəlibəyovun “Naqilsiz şanvari rabitə şəbəkələrində sorğuların emalı prosesləri modellərinin hesablanması və optimallaşdırılmasının metod və alqoritmləri” mövzularında dissertasiya işləri üzrə rəsmi opponentlərin, aparıcı təşkilatların və müdafiənin tarixinin təyini məsələlərinə baxıldı.

Dissertasiya Şurası üzvlərinin qərarına əsasən, iddiaçı T.Əsgərovun dissertasiya işi üzrə rəsmi opponentlər tex.e.d., professor Məsumə Məmmədova və tex.e.n. Namiq Vəliyev, iddiaçı Ə.Vəlibəyovun dissertasiya işi üzrə rəsmi opponentlər isə AMEA-nın müxbir üzvü, tex.e.d., professor Sabit Kərimov və tex.e.n. Balaəmi İsmayılov təyin olundular. Aparıcı təşkilatlar Azərbaycan Texniki UniversitetiBakı Dövlət Universiteti, hər iki müdafiə isə 10 dekabr 2010-cu il tarixinə təyin edildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.rasim.az saytına istinad zəruridir.