Baş səhifə  arrow Yeniliklər arrow Elektron elm problemləri üzrə CODATA Beynəlxalq qurumunun konfransı keçiriləcək
Elektron elm problemləri üzrə CODATA Beynəlxalq qurumunun konfransı keçiriləcək Print
   19 Oktyabr 2010, saat 12:00
Image
AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev Cənubi Afrika Respublikasının Keyp-Taun şəhərində keçiriləcək CODATA Beynəlxalq qurumunun "Cəmiyyət üçün elmi informasiya: Bu gündən gələcəyə" mövzusu üzrə 22-ci Elmi konfransında iştirak edəcək. Qeyd edək ki, e-elm problemləri ilə məşğul olan CODATA (Committee on Data for Science and Technology) 1966-cı ildə təsis edilib.

24-27 oktyabr 2010-cu il tarixlərdə keçiriləcək konfransda e-elm, qrid texnologiyaları, elmi məlumatların mübadiləsi, paylanması, sosial şəbəkələr və s. mövzularda müzakirələr aparılacaqdır.

Tədbirdə prof. R.Əliquliyev "Azərbaycanda elektron-elm: mövcud vəziyyət və inkişaf perspektivləri" adlı məruzə ilə çıxış edəcək. Alim ölkəmizdə elmin inkişafı üzrə milli strategiyanın həyata keçirilməsi və Azərbaycan elminin beynəlxalq intellektual mühitə inteqrasiyasının təmin olunmasını sürətləndirmək məqsədlərinə xidmət edən “Elektron elm” proqramı çərçivəsində həyata keçirilən işlər, AMEA İnformasiya Texnologiyaları İnstitutunda aparılan araşdırmalar, əldə olunan nəticələr, problemlər və onların həlli yolları, perspektivlər haqqında geniş məlumat verəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.rasim.az saytına istinad zəruridir.