Baş səhifə  arrow Yeniliklər arrow “İnformatika 11” dərsliyi işıq üzü gördü
“İnformatika 11” dərsliyi işıq üzü gördü Print
   27 Avqust 2010, saat 12:00
Image
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 15.03.2010-cu il tarixli 294 saylı əmri ilə təsdiq edilmiş ümumtəhsil məktəbləri üçün nəzərdə tutulan yeni “İnformatika 11” dərsliyi “Bakınəşr” nəşriyyatında çap olunmuşdur. 11-ci siniflər üçün dərsliyin müəllifləri İsmayıl Sadıqov, Ramin MahmudzadəNaidə İsayevadır.

Dərsliyin elmi redaktoru AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Rasim Əliquliyevdir.

6 bölmədən ibarət dərslikdə məktəblilərə informasiya mədəniyyəti, elmi və texnoloji innovasiyalar, kompyuter şəbəkələri, kommunikasiya vasitələri,model anlayışı, informasiya modelinin hazırlanması, kompyuter qrafikası, layihə və onun mərhələləri, layihənin informasiya modelləri, İnternetdə axtarış və s. haqqında məlumatlar verilmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.rasim.az saytına istinad zəruridir.