Azərbaycan Milli Elmlər Akademiyası TERENA transmilli qurumunun üzvü seçilmişdir |
|
30 Avqust 2010, saat 12:00 |
Bu yaxınlarda Vilnüs şəhərində (Litva) TERENA-nın Baş Assambleyasının illik iclasında AMEA həmin qurumun tam hüquqlu üzvü seçilmişdir. TERENA (Trans-European Research and Education Networking Accociation) Avropa ölkələrinin akademik araşdırma mərkəzləri və universitetlərinin şəbəkələrini əhatə etməklə, elm və təhsilin maraqlarına cavab verən yüksək keyfiyyətli beynəlxalq informasiya-telekommunikasiya infrastrukturunu yaratmağa, milli elektron elm və təhsil mühitləri əsasında vahid, qlobal fəzanın formalaşmasına xidmət edən transmilli qurumdur.
TERENA Baş Assambleyasında AMEA-nı İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev təmsil edəcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.rasim.az saytına istinad zəruridir.
|