Koreya Respublikasının mütəxəssisləri İnformasiya Texnologiyaları İnstitutunda elmi tədqiqat işləri aparırlar |
|
31 Avqust 2010, saat 11:18 |

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) beynəlxalq əlaqələri genişlənir.
İTİ-nin direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev AzərTAc-a bildirmişdir ki, hazırda bu institutun Almaniya, ABŞ, Kanada, Fransa, Yaponiya, Çin və digər ölkələrin müvafiq elm müəssisələri ilə informasiya texnologiyaları sahəsində əməkdaşlığı uğurla davam edir.
Alim bildirmişdir ki, Koreya Respublikasının müvafiq elmi qurumları ilə əldə olunmuş razılığa əsasən, bu ölkənin informasiya texnologiyaları üzrə 7 alimi tərəfindən İTİ-də tədqiqat işlərinin aparılması nəzərdə tutulur. Artıq 2 nəfər koreyalı alim iki il müddətinə instituta ezam olunmuşdur.
Koreyalı mütəxəssislər İTİ-də elmi tədqiqat işlərinə başlamışlar.
AzərTAc, 30 avqust 2010-cu il
|