Baş səhifə  arrow Yeniliklər arrow 
“Elektron Naxçıvan: nəticələr və vəzifələr” mövzusunda V beynəlxalq simpoziumu keçirildi Print
   30 İyun 2010, saat 07:02
Image
25-26 iyun 2010-cu il tarixdə Naxçıvan Dövlət Universitetində “Elektron Naxçıvan: nəticələr və vəzifələr” V beynəlxalq simpoziumu keçirilmişdir.

Tədbirin təşkilatçıları AR Təhsil Nazirliyi, AR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Naxçıvan Dövlət Universiteti, Mərkəzi və Şərqi Avropa Şəbəkələşdirmə Assosiasiyası, AMEA İnformasiya Texnologiyaları İnstitutudur.

Öncə iştirakçılar ümummilli lider Heydər Əliyevin abidəsini və muzeyini ziyarət etmişlər. Sonra WI-FI Kampus İnternet şəbəkə sisteminin, videotelefonun təqdimatı, həmçinin memarlıq və rəsm sərgilərinə baxış keçirilmişdir.

Tədbiri giriş sozü ilə NDU-nun rektoru akademik İsa Həbibbəyli açmışdır.

Sonra “Elektron Naxçıvan” - dünyaya pəncərə filmi nümayiş etdirilmişdir. Filmin nümayişindən sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov çıxış etmişdir.

AR RİT naziri akademik Əli Abbasov çıxış edərək Azərbaycanda informasiya cəmiyyətinin qurulması istiqamətində dövlət siyasətinin əsas prioritetlərindən danışıb. Naxçıvan MR-da İKT-nin inkişafına böyük diqqət yetirildiyini qeyd edən nazir Muxtar Respublikanın sosial-iqtisadi inkişafında innovasiyaların əhəmiyyətli rolunu vurğulayıb.

Simpoziumda Mərkəzi və Şərqi Avropa Şəbəkələşdirmə Assosiasiyasının baş katibi, doktor Yacek Qajevski “Təhsil və elm üçün İKT infrastrukturuna dünyəvi baxış: NDU kampus şəbəkələrindən GEANT qlobal şəbəkəsinə qədər” məruzəsi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru AMEA-nın müxbir üzvü Rasim Əliquliyev “Elektron Naxçıvanın formalaşma mərhələləri və inkişaf perspektivləri” məruzəsi ilə çıxış etmişlər. Simpoziumda, həmçinin Qars Qafqaz Universitetinin rektoru, doktor Abamüslüm Güvən, SİNAM şirkətinin prezidenti, texnika elmləri namizədi Elçin Əliyev və başqaları çıxış etmişlər.

Cənubi Koreya Respublikasının Kimçonq Universiteti, Çin Xalq Respublikasının Sias Universiteti, Cənubi Rusiya Biznes və Hüquq Universiteti, Ankara Universiteti, Qazaxıstan Mülki Aviasiya Akademiyası ilə videobağlantılar olmuşdur.

Tədbirdə, həmçinin fəxri doktor diplomlarının təqdimatı keçirilmişdir. “Tələbələr azad sahibkarlıq fəaliyyətində” müsabiqəsinin qalibi NDU-nun “İnformatika” komandası mükafatlandırılmışdır.

NDU-nun futbol və voleybol komandalarına da kuboklar təqdim edilmişdir. İki gün davam edən tədbirdə Naxçıvan MR-da informasiya texnologiyaları sahəsində həyata keçirilən layihələr haqqında ətraflı məlumat verilmişdir. ”Xalq kompyuteri” layihəsinin Naxçıvandan start götürərək yeni mərhələsinin başlandığı elan olunmuşdur. Qeyd edilmişdir ki, ali məktəb müəllimləri, tələbə və şagirdlər əlverişli şərtlərlə kompyuter əldə edə bilərlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.rasim.az saytına istinad zəruridir.