Sentyabrın 12-də AMEA-nın Rəyasət Heyətində
Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) ümumi yığıncağı keçirilib.
Tədbiri giriş sözü ilə açan FRTEB-in akademik-katibi, akademik
Nazim Məmmədov gündəlikdəki məsələləri diqqətə çatdırıb. Bildirib ki, bugünkü iclasda bölmənin
Fizika,
Riyaziyyat və Mexanika,
İnformasiya Texnologiyaları,
İdarəetmə Sistemləri və
Biofizika institutlarında direktor vəzifəsini tutmaq üçün seçkilər keçiriləcək.
N.Məmmədov qeyd edib ki, bölmənin elmi tədqiqat müəssisələrinin direktoru vəzifəsinə namizədlər böyük elmi nailiyyətləri, elmi-təşkilati bacarığı və təcrübəsi olan alimlər sırasından həmin institutun elmi şurasında müsabiqə yolu ilə gizli səsvermə nəticəsində irəli sürülür. Daha sonra səsvermənin nəticələri bölməyə daxil olur. Təqdim olunan sənədlərin baxılması üçün texniki ekspertiza komissiyasının yaradıldığını deyən alim bölmədə gizli səsvermə yolu ilə seçkilərin aparılacağını və seçilən namizədlərin AMEA Rəyasət Heyətinin qərarı ilə təsdiq olunacağını bildirib.
Daha sonra akademik
Yusif Məmmədov müsabiqə komissiyasının və ekspertlərin yekun rəylərini diqqətə çatdırıb.
İclasda bölmənin elmi müəssisələrinə direktor seçmək üçün hesablayıcı komissiya yaradılıb. Komissiyanın sədri akademik
Cavad Abdinov olmaqla, tərkibi (AMEA-nın müxbir üzvləri
Məsumə Məmmədova və
Vaqif Quliyev) seçilib.
Gizli səsvermə yolu ilə akademik Nazim Məmmədov Fizika İnstitutu, AMEA-nın müxbir üzvü
Misir Mərdanov Riyaziyyat və Mexanika İnstitutu, akademik
Rasim Əliquliyev İnformasiya Texnologiyaları İnstitutu, akademik
Telman Əliyev İdarəetmə Sistemləri İnstitutu, AMEA-nın müxbir üzvü
Oktay Qasımov isə Biofizika İnstitutunun direktoru vəzifəsinə seçiliblər.
Səsvermədə 40 bölmə üzvündən 34-ü iştirak edib.
Seçkinin nəticəsinin təsdiq edilməsi üçün AMEA Rəyasət Heyətinə təqdim olunması qərara alınıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.rasim.az saytına istinad zəruridir.