Baş səhifə  arrow Yeniliklər arrow Akademik Rasim Əliquliyev beynəlxalq jurnalın redaktoru seçilib
Akademik Rasim Əliquliyev beynəlxalq jurnalın redaktoru seçilib Print
   27 İyun 2019, saat 12:54
Image
AMEA-nın vitse-prezidenti, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim ƏliquliyevCAAI Transactions on Intelligence Technology” jurnalının redaktoru seçilib. Jurnal Mühəndislik və Texnologiyalar İnstitutu (Institution of Engineering and Technology) tərəfindən dərc olunur.

Çin Süni İntellekt Assosiasiyasının maliyyə dəstəyi ilə nəşr olunan jurnalda süni intellekt texnologiyalarının nəzəri və eksperimental problemlərinə həsr olunmuş məqalələrə yer verilir. Bu jurnal qlobal süni intellekt cəmiyyəti üçün nüfuzlu akademik mübadilə platformasını təbliğ edən yüksək səviyyəli beynəlxalq akademik jurnallardan biridir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.rasim.az saytına istinad zəruridir.