Baş səhifə  arrow Yeniliklər arrow 
BDU-nun 100 illik yubileyinə həsr olunan bilik yarışmasının qaliblərinin mükafatlandırma mərasimi keçirildi Print
   24 Aprel 2019, saat 11:57
Image
Bakı Dövlət Universitetində (BDU) Təhsil Nazirliyinin “SABAH” qrupları layihəsi çərçivəsində cari ilin fevral-aprel ayları ərzində bu ali məktəbin 100 illik yubileyinə həsr olunmuş riyaziyyat, müəllimlik və informasiya texnologiyaları ixtisasları üzrə bilik yarışmasının qaliblərinin mükafatlandırma mərasimi keçirildi.

Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlandı. Universitetin 100 illik yubileyi münasibətilə hazırlanmış videoçarxın nümayişindən sonra çıxış edən rektor Elçin Babayev bilik yarışmasının əhəmiyyətindən danışdı.

Daha sonra qaliblər təltif edildi. Müəllimlik üzrə 2-ci və 3-cü yerlərin qaliblərinə millət vəkili, professor Jalə Əliyeva, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərov, informasiya texnologiyaları üzrə 2-ci və 3-cü yerlərin qaliblərinə millət vəkili, AMEA-nın müxbir üzvü Bəxtiyar Əliyev, Azərbaycan Texniki Universitetinin rektor əvəzi, professor Xalıq Yahudov, riyaziyyat üzrə 2-ci və 3-cü yerlərin qaliblərinə BDU-nun rektoru, dosent Elçin Babayev, AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, birinci yerlərin qaliblərinə isə mükafatları Təhsil nazirinin müavini Firudin Qurbanov təqdim etdilər.

Tədbirdə Təhsil Nazirliyinin struktur rəhbərləri və əməkdaşları, Milli Məclisin deputatları, ali təhsil müəssisələrinin rektorları, təhsil ekspertləri, BDU-nun professor və müəllim heyəti, “SABAH” əməkdaşları, tələbələri və könüllüləri iştirak ediblər. Qeyd edək ki, “SABAH” qrupları layihəsi çərçivəsində ikinci ildir keçirilən bilik yarışmasının məqsədi “SABAH” qrupları tələbələri arasında elmi, yaradıcılıq potensialının üzə çıxarılması və nümayiş etdirilməsi, onların təhsil və bilik zəminində inteqrasiya etməsi, elmi-yaradıcı təşəbbüslərə həvəsləndirilməsi, araşdırma fəaliyyətinə təşviq edilməsi üçün əlverişli şəraitin yaradılmasıdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.rasim.az saytına istinad zəruridir.