Baş səhifə  arrow Yeniliklər arrow İnstitut alimlərinin məqalələri “Web of Science” bazasına daxil edilib
İnstitut alimlərinin məqalələri “Web of Science” bazasına daxil edilib Print
   29 Aprel 2019, saat 12:15
Image
AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru akademik Rasim Əliquliyev, direktor müavini Şakir Mehdiyev və institutun şöbə müdiri Təhmasib Fətəliyevin həmmüəllifi olduqları “Some issues of application of internet of things in the oil and gas complex” (Neft-qaz komplekslərində Əşyaların İnternetinin tətbiqinin bəzi məsələləri) adlı məqalə “Web of Science” bazasına daxil edilib.

Bazada, həmçinin AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov və texnika üzrə fəlsəfə doktoru Məmməd Həşimovun həmmüəllifi olduqları “Application of the internet of things in oil-gas industry” (Əşyaların İnternetinin neft-qaz sənayesində tətbiqi), eləcə də R.Ələkbərov və institutun baş mütəxəssisi Oqtay Ələkbərovun həmmüəllifi olduqları “Selection issues of cloudlets in mobile cloud computing” (Mobil hesablama buludlarında cloudletlərin seçilməsi məsələsi) adlı məqalələr də yer alıb.

Bundan əlavə, İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika üzrə elmlər doktoru, professor Məsumə Məmmədova və institutun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Zərifə Cəbrayılovanın həmmüəllifi olduqları “Methods for evaluation of human resources performance in virtual organizations” (Virtual təşkilatlarda insan resurslarının fəaliyyətinin qiymətləndirilməsi metodları), eləcə də institutun şöbə müdiri Səyyar Abdullayevin “Method of the reserve resources determination for the distributed computer systems with the network-centric resource control” (Paylanmış kompüter sistemləri üçün şəbəkə mərkəzli resursların idarə olunması vasitəsilə ehtiyat resursların müəyyənləşdirilməsi metodu) və “Methodology of modeling of nonlinear nonstationary processes” (Qeyri-xətti və qeyri-stasionar proseslərin modelləşdirilməsi metodologiyası) adlı məqalələri də sözügedən bazaya daxil edilib.

Qeyd edək ki, bu məqalələr 11-13 iyul 2018-ci il tarixlərdə Bakı şəhərində IEEE təşkilatının dəstəyi ilə keçirilən “The 6th International Conference on Control and Optimization with Industrial Applications” (COIA) konfransının materiallarında dərc olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.rasim.az saytına istinad zəruridir.