Baş səhifə  arrow Yeniliklər arrow 
Ekspress-informasiyanın budəfəki sayı İnternetin tənzimlənməsi problemlərinə həsr olunub Print
   18 Fevral 2010, saat 05:45
Image
AMEA İnformasiya Texnologiyaları İnstitutu tərəfindən təsis edilən ekspress-informasiya kitabçasının budəfəki sayı “İnternetin tənzimlənməsi problemləri” mövzusuna həsr olunub.

Kitabçanın müəllifləri AMEA İTİ-nin direktoru, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Rasim Əliquliyev və institutun böyük elmi işçisi Rasim Mahmudovdur. Nəşrin elmi redaktoru isə texnika elmləri namizədi Rəşid Ələkbərovdur.

İnformasiya cəmiyyəti seriyasından olan kitabçada İnternetin tənzimlənməsi zərurəti və problemləri araşdırılır. Müvafiq tənzimləmə sahəsində beynəlxalq təşəbbüslər, qabaqcıl ölkələrin təcrübəsi analiz edilir. Tənzimləmə zamanı tətbiq edilən üsullar, hüquqi mexanizmlər və yurisdiksiya məsələləri öyrənilir. Həmçinin İnternetlə bağlı digər problemlər - şəxsi həyatın toxunulmazlığı və fərdi məlumatların qorunması, domen adları sisteminin idarə edilməsi, provayderlərin hüquqi məsuliyyətinin müəyyənləşdirilməsi, kibercinayətkarlıqla, spamlarla mübarizə, intellektual mülkiyyət hüquqlarının qorunması, elektron kommersiya fəaliyyətinin tənzimlənməsi məsələləri tədqiq edilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.rasim.az saytına istinad zəruridir.