Baş səhifə  arrow Yeniliklər arrow Elektron terminoqrafiyanın müasir elmi-nəzəri problemləri araşdırılır
Elektron terminoqrafiyanın müasir elmi-nəzəri problemləri araşdırılır Print
   28 Yanvar 2019, saat 12:24
Image
AMEA İnformasiya Texnologiyaları İnstitutunun 5 saylı şöbəsinin 2019-cu il üçün fəaliyyət planı müzakirə olundu. Şöbə müdiri Səyyar Abdullayev rəhbərlik etdiyi şöbədə informasiya texnologiyaları və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri problemlərinin araşdırılması və effektiv metodların işlənməsi istiqamətində görüləcək işləri diqqətə çatdırdı.

Məruzəçi informasiya texnologiyaları üzrə terminologiya məsələlərinin tədqiqi ilə bağlı nəzərdə tutulan tədbirlər haqqında məlumat verdi. Bildirdi ki, cari il ərzində elektron terminoqrafiyanın müasir elmi-nəzəri problemləri, milli terminoloji sistem əsasında terminoloji proseslərin idarə edilməsi və təşkili, informasiya texnologiyalarının müxtəlif sahələri üzrə toplanmış terminlər əsasında intellektual oyunların hazırlanması metodları araşdırılacaq.

S.Abdullayev elmi-innovasiya və praktiki fəaliyyət çərçivəsində görüləcək işləri də diqqətə çatdırdı. Onun sözlərinə görə, 2019-cu ildə informasiya texnologiyalarının müxtəlif istiqamətləri üzrə toplanmış ən müasir terminlərin seçilməsi, tərcümə edilməsi, təsnifi, sistemləşdirilməsi, onların etimoloji mənşəyi və yaranma tarixi ilə bağlı tədqiqatların davam etdirilməsi nəzərdə tutulur.

O, şöbədə cari il ərzində elmi-pedoqoji, elmi-təşkilati fəaliyyət, beynəlxalq və respublika səviyyəli tədbirlərdə iştirak, tanınmış elmi jurnallarda məqalələrin dərci, elmi-praktiki nəticələrin KİV-də təbliği ilə bağlı görüləcək işləri də diqqətə çatdırdı. “İnformasiya texnologiyalarının müxtəlif istiqamətləri üzrə ən müasir terminlər” adlı kitab və ekspress-informasiyanın nəşr olunacağını bildirdi.

Sonra şöbənin fəaliyyət planına dair müzakirələr aparıldı, bir sıra təkliflər səsləndirildi. AMEA-nın akademik-katibi, İnstitutunun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək terminoqrafiya fəaliyyətinin dilimizə daxil olan yeni sözlərin toplanması və sistemləşdirilməsi baxımından mühüm əhəmiyyətə malik olduğunu qeyd etdi, bu sahədə aparılan araşdırmaların daha da dərinləşdirilməsini tövsiyə etdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.rasim.az saytına istinad zəruridir.