Baş səhifə
AMEA-nın müxbir üzvü Rasim Əliquliyev “Телекоммуникации” jurnalının redaksiya heyətinin üzvü seçilib Print
   01 Dekabr 2009, saat 01:00
Image
AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Rasim Əliquliyev Rusiya Federasiyasının Ali Attestasiya Komissiyası tərəfindən tanınan və Moskva şəhərində nəşr olunan “Телекоммуникации” elmi-texniki jurnalının redaksiya heyətinin üzvü seçilib.
“İKT və Azərbaycan dilinin istifadəsi problemləri” mövzusunda Dəyirmi Masa keçirildi Print
   27 Noyabr 2009, saat 12:00
Image
Atatürk Mərkəzində Azərbaycan İnternet Forumun (AİF) təşkilatçılığı ilə “İKT və Azərbaycan dilinin istifadəsi problemləri” mövzusunda Dəyirmi Masa keçirildi.

Tədbirdə dövlət qurumlarının, təhsil və elm sahəsinin nümayəndələri, ictimai sektorun təmsilçiləri və müstəqil ekspertlər iştirak edirdilər.
İTİ-də Koreya Respublikasının Azərbaycandakı səfirliyinin nümayəndələri ilə görüş keçirildi Print
   26 Noyabr 2009, saat 12:00
Image
25 noyabr 2009-cu il tarixdə AMEA İnformasiya Texnologiyaları İnstitutunda Koreya Respublikasının Azərbaycandakı səfirliyinin ticarət, sənaye və energetika məsələləri üzrə attaşesi Taek Yon Ço, nazir-müşaviri Çunq Tae İn və səfirin iqtisadi müşaviri Elxan Quliyev ilə görüş keçirildi.
Azərbaycanda ilk dəfə Ümumdünya GIS günü qeyd olunmuşdur Print
   20 Noyabr 2009, saat 12:00
Image
Müasir dövrdə aktual məsələlərdən biri coğrafi informasiya sistemlərinin (GIS – Geographic Information System) tətbiqi və elektron xəritələrin işlənməsidir. İnformasiya cəmiyyəti quruculuğu proseslərin dinamik inkişaf etdiyi vaxtda GIS və avtomatlaşdırılmış kartoqrafiyanın inkişafı, geoinformatika sahəsində dövlət siyasətinin formalaşması, milli coğrafi məlumatların toplanması, yayılması və s. təşkili məsələləri mühüm əhəmiyyət kəsb edir.
“Biometrik texnologiyalar” kitabı işıq üzü gördü Print
   11 Noyabr 2009, saat 04:25
Image
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 fevral tarixli 1963 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında biometrik eyniləşdirmə sisteminin yaradılması üzrə 2007-2012-ci illər üçün Dövlət Proqramı” beynəlxalq terrorizm, transmilli mütəşəkkil cinayətkarlıq, qeyri-qanuni miqrasiya, insan alveri, narkotiklərin qanunsuz dövriyyəsi kimi qlobal təhdidlərə qarşı ölkənin milli təhlükəsizlik sisteminin təkmilləşdirilməsi məqsədini qarşıya qoymuşdur.
“International Journal of Academic Research” jurnalının ilk nömrəsi çapdan çıxıb Print
   09 Noyabr 2009, saat 04:45
Image
“International Journal of Academic Research” (Beynəlxalq elmi araşdırmalar jurnalı (BEAJ)) jurnalının ilk nömrəsi çapdan çıxıb.
Bişkekdə SPEKA layihəsinin işçi qrupunun ikinci sessiyası keçiriləcək Print
   07 Noyabr 2009, saat 12:00
Image
AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, tex.e.d., professor Rasim Əliquliyev Bişkekə (Qırğızıstan) yola düşüb.
<< Birinci < Əvvəlk 131 132 133 134 135 136 Növbəti > Sonuncu >>

Nəticələr səhifəsi 925 - 931 Cəmi 947