19 Oktyabr 2010, saat 12:00 |
 AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev Cənubi Afrika Respublikasının Keyp-Taun şəhərində keçiriləcək CODATA Beynəlxalq qurumunun "Cəmiyyət üçün elmi informasiya: Bu gündən gələcəyə" mövzusu üzrə 22-ci Elmi konfransında iştirak edəcək. |
|
15 Oktyabr 2010, saat 12:00 |
 19-21 oktyabr 2010-cu il tarixlərində Lüksemburq şəhərində TERENA-nın (Trans-European Research and Education Networking Accociation – Trans-Avropa Elmi Tədqiqat və Təhsil Şəbəkəsi Assosiasiyası) Baş Assambleyasının 34-cü toplantısı keçiriləcək. Tədbirdə ölkəmizi AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev təmsil edəcəkdir. |
|
15 Oktyabr 2010, saat 12:00 |
15 oktyabr 2010-cu il tarixdə AMEA İnformasiya Texnologiyaları İnstitutunun Dissertasiya Şurasının növbəti iclası keçirildi.
Dissertasiya Şurasının sədri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Rasim Əliquliyev gündəlikdə duran məsələ haqqında məlumat verərək, iclasın 05.13.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə dissertasiya işlərinin təqdimi və kuratorların təsdiqi məsələlərinə həsr edildiyini bildirdi.
|
|
04 Oktyabr 2010, saat 12:00 |
 AMEA İnformasiya Texnologiyaları İnstitutunda Elmi Şuranın növbəti iclası keçirildi.
Tədbiri giriş sözü ilə açan institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev “Kibernetika və informatika problemləri” III Beynəlxalq konfransının yekunları, institutun aspirant və dissertantlarının attestasiyasının keçirilməsi, AMEA-nın TERENA-ya (Trans-European Research and Education Networking Accociation – Trans-Avropa Elmi Tədqiqat və Təhsil Şəbəkəsi Assosiasiyası) üzv qəbul edilməsi haqqında söhbət açdı. |
|
01 Oktyabr 2010, saat 12:00 |
 Kitabın müəllifləri AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev, institutun böyük elmi işçisi Rasim Mahmudov, elmi redaktoru şöbə müdiri i.e.n. Əlövsət Əliyevdir. |
|
30 Sentyabr 2010, saat 12:00 |
 29 sentyabr 2010-cu il tarixdə AMEA İnformasiya Texnologiyaları İnstitutunda elmi seminar keçirildi. Seminarın katibi, texnika elmləri namizədi Zərifə Cəbrayılova tədbirin 05.13.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə texnika elmləri üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq iddiasında olan Əmir Vəlibəyovun dissertasiya işinin müzakirəsinə həsr olunduğunu bildirdı. |
|
24 Sentyabr 2010, saat 12:00 |
 Nobel mükafatı laureatı akademik Pyotr Kapitsa: “Təhsil gələcəyə istiqamətlənmiş istehsal sahəsidir”
Biliklərə əsaslanan iqtisadiyyatın təşəkkül tapdığı dövrdə informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafı hər bir dövlətin elmi potensialının vacib göstəricilərindən biridir. Qloballaşan dünyada ölkələrin rəqabət qabiliyyəti də ilk növbədə İKT-dən səmərəli istifadə ilə müəyyənləşdirilir. |
|
|
<< Birinci < Əvvəlk 121 122 123 124 125 126 127 128 129 130 Növbəti > Sonuncu >>
|
Nəticələr səhifəsi 883 - 889 Cəmi 979 |