Baş səhifə
YUNESKO-nun eksperti Dr.Malkolm Perri AMEA İnformasiya Texnologiyaları İnstitutunda olub Print
   01 Mart 2010, saat 12:00
Image
AMEA İnformasiya Texnologiyaları İnstitutunda YUNESKO-nun ölkəmizdə olan eksperti Dr.Malkolm Perri ilə görüş keçirildi.
Dissertasiya Şurasının növbəti iclası keçirildi Print
   26 Fevral 2010, saat 06:06
Image
Bu gün AMEA İnformasiya Texnologiyaları İnstitutunun Dissertasiya Şurasının növbəti iclası keçirildi.
www.milliqahraman.az portalının təqdimatı keçirildi Print
   23 Fevral 2010, saat 05:55
Image
22 fevral 2010-cu il tarixdə AMEA Rəyasət Heyətində AMEA İnformasiya Texnologiyaları İnstitutu və “Milli Qəhrəman” qəzetinin birgə layihəsi olan www.milliqahraman.az portalının təqdimatı keçirildi.
www.azterm.az portalı istismara verildi Print
   23 Fevral 2010, saat 05:50
Image
AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev İTİ tərəfindən AMEA Rəyasət Heyəti yanında Terminologiya Komissiyası ilə birgə hazırlanmış Azərbaycan terminlərinə aid www.azterm.az portalının artıq istifadəçilərin ixtiyarına verildiyini bildirib.
İTİ-də Beynəlxalq Ana dili günü qeyd olundu Print
   20 Fevral 2010, saat 05:32
Image
Artıq 10 ildir ki, YUNESKO-nun himayəsi altında dünyanın müxtəlif ölkələrində Beynəlxalq Ana dili günü qeyd olunur. Təşkilatın 1999-cu il tarixli qərarı ilə təsis edilən, dil və mədəni müxtəlifliyin qorunması məqsədlərinə xidmət edən bu əlamətdar gün 2000-ci ildən etibarən ənənəvi olaraq hər il fevral ayının 21-də qeyd edilir.
Ekspress-informasiyanın budəfəki sayı İnternetin tənzimlənməsi problemlərinə həsr olunub Print
   18 Fevral 2010, saat 05:45
Image
AMEA İnformasiya Texnologiyaları İnstitutu tərəfindən təsis edilən ekspress-informasiya kitabçasının budəfəki sayı “İnternetin tənzimlənməsi problemləri” mövzusuna həsr olunub.
İTİ-nin İnternet Şurasının iclası keçirildi Print
   12 Fevral 2010, saat 12:00
Image
AMEA İnformasiya Texnologiyaları İnstitutunun İnternet Şurasının növbəti iclası keçirildi. İclasda AMEA-nın Əsas binasında yerləşən institutların İnternetlə təmini, İTİ-nin yeni İnternet Mərkəzinin istifadəyə verilməsi istiqamətində görülən işlər, həmçinin institutda İnternet xidmətlərinin keyfiyyətinin artırılması, informasiya təhlükəsizliyinin təmini üzrə müvafiq tədbirlərin görülməsi, vahid antivirus sisteminin yaradılması və tətbiqi məsələləri müzakirə edildi.
<< Birinci < Əvvəlk 111 112 113 114 115 116 117 118 Növbəti > Sonuncu >>

Nəticələr səhifəsi 778 - 784 Cəmi 823