Baş səhifə
Berlində “ASPIRE Launch workshop” mövzusunda seminar keçiriləcək Print
   18 May 2011, saat 01:50
Image
23-24 may 2011-ci il tarixlərdə Berlində (Almaniya) TERENA-nın təşkilatçılığı ilə “ASPIRE Launch workshop” mövzusunda seminar keçiriləcək. Tədbirdə ölkəmizi AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev təmsil edəcək.
17 May - Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunmuş konfrans keçirildi Print
   18 May 2011, saat 01:33
Image
Bu gün dünyanın bir çox demokratik ölkələrində, o cümlədən respublikamızda Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunmuş tədbirlər keçirilir.

Cari il əlamətdar gün “Kənd yerlərində İKT ilə həyat daha yaxşıdır” devizi altında keçirilir.
AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru: “Kəndlərdə rəqəmsal uçurumun aradan qaldırılması üçün şəbəkəyə çıxışın mexanizmləri yaradılmalıdır” Print
   18 May 2011, saat 12:36
Image
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda “Ümumdünya telekommunikasiya və informasiya cəmiyyəti” gününə həsr olunmuş elmi konfrans keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev informasiya cəmiyyəti quruculuğu sahəsində qarşıda duran vəzifələr və perspektivlər haqqında danışıb.
Azərbaycanda alimlər informasiya cəmiyyəti ilə bağlı araşdırmalar aparmalıdırlar Print
   18 May 2011, saat 12:22
Image
Azərbaycan alimləri informasiya cəmiyyətinin yalnız texnoloji deyil, həm də sosial aspektlərinin müsbət və mənfi cəhətlərini araşdırmalıdırlar. Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnformasiya Texnologiyaları İnstititunun direktoru Rasim Əliquliyev çərşənbə axşamı Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunmuş elmi konfransda çıxış edərkən deyib.
TERENA-nın Baş Assambleyasının 35-ci toplantısı keçiriləcək Print
   17 May 2011, saat 05:17
Image
19-20 may 2011-ci il tarixlərdə Praqada (Çex Respublikası) TERENA-nın (Trans-European Research and Education Networking Accociation – Trans-Avropa Elmi Tədqiqat və Təhsil Şəbəkəsi Assosiasiyası) Baş Assambleyasının 35-ci toplantısı keçiriləcək.
BDU-nun “Jurnalistika” fakültəsinin tələbələri ilə Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunmuş forum keçirildi Print
   15 May 2011, saat 11:31
Image
13 may 2011-ci il tarixdə AMEA İnformasiya Texnologiyaları İnstitutunda “İnformasiya cəmiyyətinin əsasları” kursu çərçivəsində Bakı Dövlət Universitetinin “Jurnalistika” fakültəsinin tələbələri ilə Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunmuş forum keçirildi.
“Prezidentimizin elmə qayğısı alimlərimizi ruhlandırır” Print
   10 May 2011, saat 02:18
Image
Rasim Əliquliyev: “Azərbaycanda informasiya cəmiyyəti ideyasının geniş tətbiq olunması üçün elmi araşdırma aparılmalıdır”
Azərbaycan Milli Elmlər Akademiyasının illik ümumi yığıncağında Prezident İlham Əliyevin iştirakı və nitqi alimlərimizdə yeni bir ruh yüksəkliyi yaradıb.
<< Birinci < Əvvəlk 101 102 103 104 105 106 107 108 109 110 Növbəti > Sonuncu >>

Nəticələr səhifəsi 736 - 742 Cəmi 887