Baş səhifə
Dissertasiya Şurasının növbəti iclası keçirildi Print
   15 Oktyabr 2010, saat 12:00
15 oktyabr 2010-cu il tarixdə AMEA İnformasiya Texnologiyaları İnstitutunun Dissertasiya Şurasının növbəti iclası keçirildi.

Dissertasiya Şurasının sədri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Rasim Əliquliyev gündəlikdə duran məsələ haqqında məlumat verərək, iclasın 05.13.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə dissertasiya işlərinin təqdimi və kuratorların təsdiqi məsələlərinə həsr edildiyini bildirdi.
AMEA İnformasiya Texnologiyaları İnstitutunda Elmi Şuranın iclası keçirildi Print
   04 Oktyabr 2010, saat 12:00
Image
AMEA İnformasiya Texnologiyaları İnstitutunda Elmi Şuranın növbəti iclası keçirildi.

Tədbiri giriş sözü ilə açan institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev “Kibernetika və informatika problemləri” III Beynəlxalq konfransının yekunları, institutun aspirant və dissertantlarının attestasiyasının keçirilməsi, AMEA-nın TERENA-ya (Trans-European Research and Education Networking Accociation – Trans-Avropa Elmi Tədqiqat və Təhsil Şəbəkəsi Assosiasiyası) üzv qəbul edilməsi haqqında söhbət açdı.
“İnternet fenomeninə çoxaspektli baxış” ekspress-informasiya işıq üzü gördü Print
   01 Oktyabr 2010, saat 12:00
Image
Kitabın müəllifləri AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev, institutun böyük elmi işçisi Rasim Mahmudov, elmi redaktoru şöbə müdiri i.e.n. Əlövsət Əliyevdir.
İTİ-də elmi seminar keçirildi Print
   30 Sentyabr 2010, saat 12:00
Image
29 sentyabr 2010-cu il tarixdə AMEA İnformasiya Texnologiyaları İnstitutunda elmi seminar keçirildi. Seminarın katibi, texnika elmləri namizədi Zərifə Cəbrayılova tədbirin 05.13.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə texnika elmləri üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq iddiasında olan Əmir Vəlibəyovun dissertasiya işinin müzakirəsinə həsr olunduğunu bildirdı.
Yüksək texniki biliklərə malik pedaqoji kadrların yetişdirilməsi Azərbaycan təhsil sistemi qarşısında duran ən başlıca vəzifələrdən biridir Print
   24 Sentyabr 2010, saat 12:00
Image
Nobel mükafatı laureatı akademik Pyotr Kapitsa: “Təhsil gələcəyə istiqamətlənmiş istehsal sahəsidir”
Biliklərə əsaslanan iqtisadiyyatın təşəkkül tapdığı dövrdə informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafı hər bir dövlətin elmi potensialının vacib göstəricilərindən biridir. Qloballaşan dünyada ölkələrin rəqabət qabiliyyəti də ilk növbədə İKT-dən səmərəli istifadə ilə müəyyənləşdirilir.
Dünya Bankının nümayəndələri İTİ-də oldular Print
   21 Sentyabr 2010, saat 12:00
Image
21 sentyabr 2010-cu il tarixdə AMEA İnformasiya Texnologiyaları İnstitutunda Dünya Bankının (DB) Avropa və Mərkəzi Asiya üzrə regional idarəsinin özəl sektorun inkişafı məsələləri üzrə mütəxəssisi Harri Fayn, DB-nin Avropa və Mərkəzi Asiya regionu üzrə İnsan Potensialının İnkişafı Bölməsinin nümayəndəsi Satiko Kataoka, həmin Bölmənin səhiyyə üzrə mütəxəssisi Elvira Anadolu və distant təhsil məsələləri üzrə konsultant İlya Kuperman ilə görüş keçirildi.
"Kibernetika və informatika problemləri" III Beynəlxalq konfrans işə başladı Print
   06 Sentyabr 2010, saat 12:00
Image
Bu gün Bakıda "Kibernetika və informatika problemləri" III Beynəlxalq konfrans işə başladı. AR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, AR Təhsil Nazirliyi, “Abdus Salam” Nəzəri Fizika Beynəlxalq Mərkəzi, Milli Aviasiya Akademiyası, AMEA Kibernetika İnstitutu, AMEA İnformasiya Texnologiyaları İnstitutu...
<< Birinci < Əvvəlk 101 102 103 104 105 106 107 108 109 110 Növbəti > Sonuncu >>

Nəticələr səhifəsi 729 - 735 Cəmi 823